Diz nahiyəsində yad cisim, şüşə parçaları səbəbindən yerimə imkanları məhdudlaşan Mirsultan Bağırov bu gün əməliyyat olunaraq ayağındakı yad cisim oradan xaric olunub. Avqustun 17-də problemlə bağlı o, cəza çəkdiyi Umbakıdan Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülmüşdü. Burada müayinələrdən sonra onun ayağında şüşə qalıqları müəyyən edilmiş və Mirsultan Bağırov bu gün, avqustun 23-də əməliyyata alınıb.
Səhhətinin yaxşı olduğunu bildirən yaxınları inanclının ayağından şüşə parçalarının çıxarıldığını bildiriblər. Mirsultanla telefon əlaqəsi quran ailə üzvüləri nanclının vəziyyətində hər hansı narahatlıq olmadığını bildirib.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Mirsultan Bağırov 11 yanvar 2024-cü ildə saxlanılıb. İnanclı narkotik ittihamı ilə şərlənərək məhkəmə önünə çıxarılıb və 3 il müddətinə azadlıqdan məhrum edilib.
Mirsultan Bağırovun ayağında əməliyyat aparılıb