"Abzas Media"nın həbsdəki direktoru Ülvi Həsənli saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında öldürülməklə hədələndiyi bildirilir.
Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva məlumat verib.
Onun sözlərinə görə, avqustun 21-də Ü.Həsənli ilə növbəti telefon danışığında bildirdi ki, işgəncə faktları barədə yazandan sonra kamerasındakı bir nəfər ona qarşı xüsusilə təxribat xarakterli hərəkətlər edir: "Ülvi dedi ki, narkotik ittihamı ilə həbs edilən təxminən 60 yaşlı Siyavuş adlı bir şəxs bu məsələdən sonra xüsusilə onunla dava salmağa çalışır, ona durduğu yerdə hücum edir. Hətta bir neçə dəfə cibindən kəsici alət çıxararaq Ülvini hədələyib".
R.Quliyeva qeyd edib ki, Ülvi Həsənli məsələdə təcridxana rəhbərliyinin işirakı olduğunu düşünür: "Həmin adam barəsində yekun məhkəmə hökmü çıxarılsa da, hələ də həbsxanaya köçürülmür, təcridxanada saxlanılır. Ülvi hesab edir ki, Siyavuş adlı bu şəxsi ona qarşı təxribat yaratması üçün orada saxlayırlar".
Jurnalistin həyat yoldaşı bildirib ki, məsələ ilə bağlı həm Ü.Həsənli, həm vəkili Zibeydə Sadıqova təcridxana rəisinə, rəis müavininə 10 gündən çoxdur şikayətlərini ünvanlasalar da, heç bir tədbir görülməyib: "Ombudsman aparatının, Penitensiar xidmətin dərhal bu işi araşdırmasını, Ülvinin təhlükəsizliyini təmin etməsini tələb edirəm".
Məsələ ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasından və Penitensiar Xidmətindən münasibət öyrənmək hələlik mümkün olmayıb.
Turan.az
Bakı istintaq təcridxanasında “Abas Media”nın direktoru hədələnir