Almaniyanın Tehrandakı Mədəniyyət Mərkəzi bağlandı, ekspertlər bunu Almaniyaya cavab olaraq qiymətləndirirlər

Tehranda Almaniya hökumətinin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzi olan Höte İnstitutu “qanunsuz fəaliyyətdə” iştirak etdiyi üçün bağlanıb.

Almaniya hökumətinə bağlı Höte İnstitutu məhkəmə orqanlarının göstərişi ilə polis tərəfindən möhürlənib.

İran hakimiyyəti Almaniya mədəniyyət mərkəzinin “qanunsuz fəaliyyəti və maliyyə pozuntuları” səbəbindən bağlandığını bildirib. Qərar 2024-cü il iyulun 24-də Almaniyada şiə müsəlmanlara məxsus dini mərkəzin bağlanmasından az sonra verilib. 

Məlumat üçün deyək ki, bir müddət öncə Almaniya ölkədəki şiə icmasının mühüm mərkəzlərindən olan Hamburq İslam Mərkəzi və filiallarını antisemitizmdə günahlandırmışdı. Qadağa qərarından sonra polis 8 əyalətin 53 mülkündə axtarış apararaq bu qurumların mallarını müsadirə etmişdi.