Varlığın köksündə döyünən eşqin müqəddəs zirvəsi fədakarlıqdır. Heç bir ölçü sərhədləri tanımayan fədakarlıq özündən, mən anlayışından keçib tam biz düşüncəsi naminə özünü Simurq quşu kimi alovlara çırparaq əbədiləşən bir sevgi tablosu yaradır. Qurbanlıq cismin cılız qəfəsindən qoparaq azadlıq səmasının əbədi uçuşunu icra edir.
Hər bir fərd ruhun kamillik yollarında cismin istəklərini qurban kəsməklə yüksək pillələri fəth etmək üçün yaradılıb. Bəziləri bu nöqtənin elə başlanğıcında bir ömür yubandığı halda, bəziləri qurbanların fədaisi olaraq Haqqın nur pərdəsini müşahidə edəcək qədər əzəmətli ola bilir.
Fərdi istəklərin qurbanlıq müsəllasında aşiqin qazandığı öz eşqinin təsdiqi olduğu halda insanlıq, ümumbəşər dəyərlər müqabilində fədakarlıq göstərən şəxslərin addımı misilsizdir. Bu qurbanlıq heç bir ibadət növünün yüksələ bilmədiyi ənginlikləri işıqlandıran bir nurdur. Necə ki, zamanla Hz. İbrahimə (ə) Allah “Biz bu qurbanı böyük qurbanla əvəzlədik” deməklə Hz. Xəlilin (ə) fərdi qurbanını əzəmətli qurban güzgüsündə Hz. Hüseynin (ə) fədakrlıq –böyük qurbanı- ilə bəşərə fədakarlıq məktəbini irs qoydu.
Zaman bu məktəbdən ilhamlanaraq qurbanlar və fədakarlara şahidlik edərək həqiqi mahiyyəti insanlığa tanıdıb və tanıdır. Özünü haqqın rənginə boyayıb şəhadət mehrabında sıralanan bu günün fələstin körpələri kimi. Fədakarlıq əsəri yaradan minlərlə məsum körpənin qurbanlıq dramı İsrail vəhşiliyini, zülmün mənbəyini eşidə bilmədiyini iddia edə bilən heç bir şəxsin qalmaması üçün bu qanadsız mələklər öz canlarını fəda etməklə insanlığa bu yırtıcını tanıtmaq yolunda özünü qurban verməkdədirlər. Onlar qurbanlığın həqiqəti, həqiqətin qurbanlıq fədakarlığına ən gözəl nümunədirlər.
Cismin ruha, ruhun isə həqiqətə qurban kəsildiyi bir səhnə yalnız qurbanı bayrama çevirə bilər. Qurban bayramının da mahiyyəti elə budur.
Bayramınız mübarək.
Qurbanlıq-ruhun haqqa sədaqət əsəri