Aylardır ki, sürən məhkəmə ilahiyyatçı Ruhullah Novruzzadəyə hökm oxuyub. Aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Ruhullah Novruzzadənin son məhkəmə iclası keçirilib. Hakim prossesdə R. Novruzzadə barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Məhkəmədə şahidlərin dindirilməsindən sonra son qərarı elan edib.
İttihama uyğun dəlil sübutların olmaması səbəbindən hakim, narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Ruhullah Novruzzadəni 3 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, "Mizan Maarif Mərkəzi” İctimai Birliyinin baş direktoru, ilahiyyatçı Ruhullah Novruzzadə 2023-cü il yanvar ayının 31-də saxlanılmış və barəsində narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü.
Ruhullah Novruzzadə İranın Qum Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olub.
Ruhani Ruhullah Novruzzadəyə hökm oxunub