Rusiya Türkiyəni təmkinli olmağa çağırıb

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Türkiyəni Suriyada “həddindən artıq hərbi güc” tətbiq etməkdən çəkinməyə və təmkin nümayiş etdirməyə çağırıb. “Biz türk həmkarlarımızı Suriyanın təkcə şimal və şimal-şərqində deyil, bütün regionda gərginliyin artmasının qarşısını almaq üçün müəyyən təmkin nümayiş etdirməyə çağırırıq” - Lavrentyev bildirib.

Türkiyənin Rojava və İraq Kürdüstan Regional Rəhbərliyinə həyata keçirdiyi hava hücumları ilə bağlı onları əvvəlcədən məlumatlandırmadığını deyən Lavrentyev əlavə edib: "Ümid edirik ki, türk tərəfdaşlarımızı Suriya ərazisində həddindən artıq güc tətbiq etməkdən çəkinməyə razı salacağıq".

Lavrantyev deyib ki Rusiya kürd probleminin sülh yolu ilə həlli üçün müvafiq tərəflərlə çalışacaq. Rusiya rəsmisi həmçinin “ABŞ-ın Suriyanın şimal-şərqindən çıxarılması vəziyyətin sabitləşməsinə töhfə verəcək” şərhini də verib.