"Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı 120 saatlıq dayandıracaq"
Bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.
O, qeyd edib ki, ABŞ və Türkiyə Suriyanın şimalında atəşkəsin əldə olunması məsələsində razılığa gəliblər.
ABŞ Türkiyənin Suriyada əməliyyat zonasından PKK terrorçularının çıxarılmasına kömək edəcək.
Suriyanın şimal-şərqində atəşin dayandırılması haqqında razılaşmadan sonra ABŞ dövlət başçısı rəsmi Ankaraya qarşı yeni sanksiyaların tətbiq edilməsinə ehtiyac olmadığını deyib.
O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dost və xüsusiyyətləri olan yaxşı lider adlandırıb.
"Mən prezident Ərdoğanı təbrik etmək istəyərdim, o mənim dostumdur və şadam ki, bizim problemlərimiz yaranmadı. O düzgün hərəkət etdi və mən həqiqətən bunu qiymətləndirirəm", - Tramp əlavə edib.
Tramp bildirib ki, o, Ərdoğanın noyabrda Vaşinqtona səfərinə açıqdır.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Türkiyə Suriyada hərbi əməliyyatı dayandıracaq
Oxşar xəbərlər