PA-nın şöbə müdiri işdən çıxarıldı: Nazir yeni vəzifə verdi

Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Nəcəf işdən çıxarılıb.
 
"Index" qurumun saytına istinadən xəbər verir ki, Rövşən Nəcəfin adı "Struktur" bölməsindən yığışdırılıb.
 
Xatırladaq ki, Rövşən Nəcəf ölkə başçısının sərəncamına əsasən, ötən ilin may ayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilmişdi. Bu təyinatadək o, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru olaraq işləyib.
 
Unikal.org-un əldə etdiyi məlumata görə, Vergilər naziri Mikayıl Cabbarov Rövşən Nəcəfi Vergilər nazirliyinin Maliyyə Monitorinq Xidmətinin direktoru təyin edib.
 
Qeyd edək ki, Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 30 may 2019-cu il tarixli sərəncamı ilə yaradılıb.