Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsi Qəzza Sülh Şurasında daimi üzvlük əldə etmək üçün ABŞ-dəki dondurulmuş Rusiya aktivlərindən 1 milyard dollar ödəniş etməyə hazırdır.
O, yanvarın 21-də Moskvada Rusiyanın Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən deyib ki, Xarici İşlər Nazirliyinə "şuraya qoşulmaqla bağlı təklifi araşdırmağı və Rusiyanın mövqeyini tərəfdaşları ilə uzlaşdırmağı" tapşırıb.
Putinin sözlərinə görə, "Fələstin xalqı ilə Rusiyanın xüsusi əlaqələrini nəzərə alaraq, hətta şuraya qoşulmadan belə" sözügedən məbləği şuraya ianə etməyə hazırdır.
Sülh Şurası İsrailin iki il apardığı müharibədən sonra Qəzzanın idarəetməsinə nəzarət etmək üçün yaradılıb. Bu, ABŞ prezidenti Donald Trampın administrasiyasının Qəzza üçün hazırladığı 20 maddəlik sülh planında nəzərdə tutulub. Sülh Şurasına Tramp sədrlik edəcək.
Tramp indiyədək şuraya üzv kimi Azərbaycan, Ermənistan, Türkiyə də daxil olmaqla 60-a yaxın ölkəni dəvət edib.
Məlumata görə, dəvəti qəbul edən ölkələr 3 il müddətinə şurada üzv olacaqlar. Bu müddətdən sonra daimi üzv qalmaq istəyənlər isə şuraya 1 milyard dollar məbləğində ödəniş etməlidirlər. Bu vəsaitin Qəzzanın yenidənqurması üçün xərclənəcəyi bildirilir.
Rusiyanın ABŞ-dəki aktivləri əvvəlki prezident Co Baydenin dövründə, bu ölkənin 2022-ci ildə Ukraynaya qarşı işğalına cavab olaraq dondurulub.
Putin: "Rusiyanın ABŞ-dəki dondurulmuş aktivlərindən Qəzza Sülh Şurasına ödəniş etməyə hazırıq"