QMİ: Hacc ziyarəti ilə bağlı kvotanın 60 faizdən çoxu tamanlanır

Hacc ziyarəti ilə bağlı kvotanın 60 faizdən çoxu tamamlanmaq üzrədir.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Hacc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Vətəndaşlardan xahiş edirik ki, təyin olunmuş vaxt bitməmiş, yerlər tamamlanmamış qeydiyyata alınsınlar”, – o bildirib.

Qeyd edək ki, Hacc ziyarət paketinin qiyməti bir nəfər üçün 6100 ABŞ dollarıdır. Sənəd qəbulu üçün son tarix 2026-cı ilin fevralın 15-i müəyyən edilib.