İyunun 18-də prezident İlham Əliyev dövlət ümumtəhsil müəssisələrində çalışan və attestasiyadan keçmiş müəllimlərin maaşlarının artırılması haqda sərəncam imzalayıb. Həmin müəllimlərin maaşı 2019-cu il sentyabrın 1-dən orta hesabla 20% artacaq. Bildirilib ki, əmək haqlarının artırılması təqribən 160 min müəllimə şamil ediləcək və bu, onların orta aylıq maaşlarının 605 manatadək (357 ABŞ dolları) artırılmasına imkan verəcək. Mətbuatda bildirilib ki, Azərbaycanda dövlət qulluqçuları maaşlarının artması ilə Cənubi Qafqazda ən yüksək maaş alan şəxslər olacaqlar.
Reallıqda isə müəllimlərin maaşlarının müqayisəsi fərqli mənzərə ortya qoyur. Öncə qeyd edək ki, postsovet məkanı ölkələri arasında ən yüksək əməkhaqqını Baltikyanı ölkələrdə təhsil sahəsinin işçiləri alır. Birinci yerdə təxminən 1,5 min dollar aylıq əməkhaqqı ilə Estoniya, ardınca Latviya və Litva gəlir.
Gürcüstanda məktəb müəllimləri dörd kateqoriyaya bölünür: birinci pillədə təcrübəçi müəllimlər gəlir, ikinci pillədə baş müəllimlər, üçüncü- aparıcı müəllimlər, dördüncü pillə -mentorlar.
Hazırda Gürcüstanın dövlət məktəblərində müəllimlərin orta əməkhaqqı 1 min lari (365 dollara yaxın) təşkil edir. 2018-ci ilin məlumatına görə, Gürcüstanda orta aylıq nominal əməkhaqqı 1124 laridir (410 dollara yaxın). 2019-cu ilin sentyabrından attestasiyadan keçən və təcrübəçi müəllim səviyyəsindən yüksək olan məktəb müəllimlərinin maaşları 150 lari artırılacaq (üstəgəl 55 dollar), yekun olaraq 420 dollar təşkil edəcək.
https://sputnik-georgia.ru/reviews/20190513/245218346/V-Gruzii-povysyat-...
Gürcüstanın təhsil naziri vəd verib ki, 2022-ci ilədək müəllimlərin orta əməkhaqqı hər il artaraq 1,5 min lariyə (550 dollara yaxın) çatacaq.
Avqustun əvvəlində Gürcüstan Təhsil Nazirliyi bildirib ki, təhsil sistemini könüllü tərk edən pensiya yaşına çatmış müəllimlərə 2020-ci ilin yanvarına qədər iki il üçün maaşa bərabər pul mükafatı və pulsuz tibbi sığorta veriləcək. Hesablanıb ki, getməyə razı olan müəllimlər eyni vaxtda 5 min dollardan çox alacaqlar.
Gürcüstanda qadınlar 60 yaşında, kişilər 65 yaşında pensiyaya çıxır. Gürcüstanda minimum pensiya 220 lari və ya indiki məzənnə ilə 77 dollardır.
Son vaxtlara qədər Ermənistanda tam ştavka ilə çalışan müəllimlərin orta maaşı 150 min drama (300 dollar) yaxın olub. İyunun 1-dən baş nazir Paşinyanın qərarı ilə müəllimlərin və hərbi qulluqçuların maaşları 10 faiz artırılıb, yəni müəllimlər indi orta hesabla ayda 330 dollar alır. Ermənistanda maaş artımı 38 min müəllimə şamil edilib.
https://eurasia.expert/stalo-izvestno-kak-v-armenii-izmenyatsya-zarplaty-voennosluzhashchikh-i-uchiteley/
2019-cu ildə Rusiyada orta məktəb müəllimləri 44760 rubl (686 dollar) alır. Ali məktəb müəllimləri 93000 min rubl (1426 dollar), məktəbəqədər təhsil tərbiyəçiləri 34700 rubl (532 dollar) alır.
Beləliklə, tədris ilinin əvvəlinə azərbaycanlı məktəb müəllimləri orta əməkhaqqı baxımından Cənubi Qafqazda Gürcüstandan sonra ikinci olacaq.
Neftlə zəngin olan Azərbaycanın müəllimləri Ermənistandakı həmkarlarını ayda cəmi 27 dollarla qabaqlayır.
Cənubi Qafqazda ən yüksək maaşı azərbaycanlı müəllimlər almayacaq

Oxşar xəbərlər