AzəriLayt” markalı neftin qiyməti qalxıb

24 aprel məlumatına görə, Azərbaycan nefti "AzəriLayt”ın bir barrelinin qiyməti 76,94 dollara yüksəlib.
 
London birjasında brent markalı neftin bir barrelinə 74,27 dollar, Nyu-York birjasında layt markalı neftin bir barrelinə 66,04 dollar qiymət qoyulduğu bildirilir.
 
Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. "AzəriLayt” yanvara 57,19, fevrala 63,69, marta 67,62, aprelə 70,82 dollarla start verib.