İmam Cəfər Sadiq (ə) əziz Peyğəmbərimizin (s) vəfatından təxminən yetmiş il sonra, hicrətin 83-cü ili Peyğəmbərin (s) dünyaya gəldiyi gün müqəddəs Mədinə şəhərində İmam Baqirin (ə) və xanım Ümmü-Fərvənin ailəsində dünyaya göz açıb. Hicrətin 114-cü ilində 31 yaşında ikən atasının zəhərləndirilməsindən sonra İmamət məqamına yetişmişdi.
İmam Mühəmməd Baqirin (ə) dövründə Əməvi və Abbasi sülalələri arasında başlayan hakimiyyət davası İmam Sadiq (ə) dövründə də davam edirdi. Bu ədavət sayəsində xilafət daxilində şiələrə qarşı təqiblərin xeyli zəifləməsindən istifadə edən hər iki İmam (ə) İslam maarifinin yayılmasına xüsusi diqqət yetirmişlər. Məhz İmam Baqirin (ə) dövründə başlayan pərakəndə dini biliklərin elmi konsepsiya formasına salınması prosesi İmam Sadiqin (ə) dövründə başa çatmışdı. Hər iki İmamdan nəql olunan hədislər sayca Rəsuli-Əkrəm (s) və digər on imamdan nəql olunan hədislərdən çoxdur.
Ümumiyyətlə, İslam firqələrinin formalaşması bu dövrə təsadüf edir. İmam Cəfər Sadiqin (ə) müxtəlif firqə (istər islami, istərsə də qeyri) nümayəndələri ilə bəhsləri bu gündə əlimizdə olan ən qiymətli elm əsərləri hesab olunur. İmamın (ə) ən məşhur yadigarı isə "Tohidi Müfəzzəl" risaləsidir. Belə ki, İmamın (ə) Müfəzzəl ibn Ömər adlı tələbəsi onun dörd gün ərzində oxuduğu yaradılış tarixi və fəlsəfəsi barədə mühazirələrini qələmə almış və kitab şəkilinə salmışdır.
İmam (ə.s) əsla xilafətdə gözünün olmadığını dəfələrlə ona bildirmişdi. Ancaq Mənsur, Qəməri 148-ci ilin şəvval ayında öldürücü zəhəri valisi vasitəsilə İmama (ə.s) içirə bilmişdi. İmam (ə.s) onu içdikdən sonra dözülməz ağrılar çəkməyə başlamış və həyatının sonu gəldiyini anlamışdı.
İmam Cəfər (ə.s) bir çox nəsihətləri xalqın gözü qabağında beş nəfərə həvalə etdi:
Xəlifə Mənsura, Məhəmməd b. Süleymana, Abdullaha, oğlu İmam Musaya (ə) və xanımı Huməydəyə.
Mənsur, Mədinə valisinə məktubunda İmamın (ə.s) vəsiyyət etdiyi adamı öldürməyini əmr etmiş, ancaq vali: “O beş nəfərə vəsiyyət etmişdir. Onlardan biri də sənsən” dedikdə Mənsur “Bunları öldürməyin imkansızdır” demişdir.
İmam Cəfər (ə.s) bütün vəsiyyətini oğlu Museyi Kazıma (ə.s) etdi və Onu özündən sonra imam təyin etdi. Sadiq adamlarını ona yönəldərək Ona itaətdən çıxmamaqlarını tövsiyə etdi.
Xanımı Huməydəni çağıraraq qonşularını, xidmətçilərini evə toplamağını əmr etdi. Hamı evdə toplaşdıqda belə dedi:
“Namaza əhəmiyyət verməyənlərə bizim şəfaətimiz yetişməz”.
Həyatının son anlarına qədər ailəsinə ibadəti və gözəl əxlaqı tövsiyyə etdi. Qurandan ayələr oxudu. İmam Cəfər Sadiq (ə.s.) şəvval ayının 25-ci günü 65 yaşında şəhid olaraq Haqqa qovuşdu.
İmam Museyi Kazım (ə.s.) atasının cənazə işlərilə məşğul oldu. Sonra Onun namazını arxasında yüzlərlə insana qıldırdı. İmam Cəfərin (ə.s.) cənazəsi Cənnətül Baqi qəbiristanlığına gətirildi. Babası İmam Zeynalabidin (ə.s.) və atası İmam Muhamməd Baqirin (ə.s.) yanında dəfn edildi.
Bu gün İmam Cəfər Sadiqin (ə.s.) şəhadəti günüdür