Azərbaycan neftinin qiyməti 75 dolları keçdi

Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,99 dollar və yaxud 1,33% artıb.
 
Qaynarinfo xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 75,22 dollar/barelə bərabər olub.
 
Xatırladaq ki, "Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.