Siyasi məhbuslar hicab qadağasına etiraz edir

Siyasi məhbuslar hicab qadağasına etiraz edir:
"Biz öz canımızla hicabın müdafiəsinə qalxacağıq!"
Üçüncü siyasi məhbusluğunu yaşayan keçmiş hicab məhbusu Nahid Qəhrəmanlı orta məktəblərdə hicaba qarşı aparılan qanunsuz qadağalara etirazını bildirib.
Hazırda 8 saylı Cəzaçəkmə Müəsissəsində saxlanılan siyasi məhbus Nahid Qəhrəmanlı Azərbaycanda İslamafobiyanın
20 il öncəki kimi aktivləşdiyini qeyd edib:
"Bağışlayan Və Mehriban Allahın adı ilə.
Son günlər İslam düşmənləri dünyanın hər yerində aktivləşdiyi kimi bizim ölkəmizdə də, aktivləşiblər.
Dindarların həbsi ilə gözləri doymayan bunlar indidə Hicab qadağasına əl atıblar. 20 il öncəki kimi Azərbaycandakı İslamafobiya şiddətli şəkildə aktivləşib.
Hicablı şagirdlərə qarşı bəzi məktəblərdə süni şəkildə əngəllər yaradılıb. Mehdabad qəsəbəsində, Gəncədə, Sumqayıt şəhər 15-17 nömrəli məktəblərdə, Beyləqan, Saatlı, Masalının bəzi məktəblərində sagirləri "Ya hicab, ya məktəb" seçimi ilə üz -üzə qoyublar.
Yüzlərlə hicablı şagirdi məktəblərdən qovub, təhsil hüququndan məhrum ediblər.
Bu qadağa tezliklə ortadan qaldırılmasa biz öz canımızla Hicabın müdafiəsinə qalxacağıq.
Salama layiq olanlara Salam Olsun!
 
 
Siyasi məhbus
Nahid Qəhrəmanlı."