Azərbaycan bu ilin ilk 3 ayında Ermənistandan 960 ABŞ dolları dəyərində məhsul idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.
Məhsulun nə olduğu barədə isə məlumat verilmir.
Azərbaycan isə Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunlar neft məhsullarıdır.
İndiyədək Azərbaycandan Ermənistana ümumilikdə 6312 ton dizel yanacağı, 979 ton Aİ-92 markalı, 2955 ton Aİ-95 markalı benzin göndərilib.
Azərbaycan rəsmiləri əvvəl bildirib ki, neft məhsulları Ermənistana beynəlxalq bazar qiymətləri ilə satılır və ixrac “tamamilə kommersiya xarakteri” daşıyır.
Azərbaycan 3 ayında Ermənistandan 960 ABŞ dolları dəyərində məhsul idxal edib