OPEK qərarını verdi

Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) Vyanada keçirilən görüşdən sonra günlük neft istehsalını 800 min barel azaltmaq qərarı alıb.

Başda Rusiya olmaqla OPEK-ə üzv olmayan neft ixracatçıları ilə də əlavə 400 min barrel azaltmaq haqqında da müzakirələr aparılacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı enerji naziri Xalid əl-Falih dünən verdiyi açıqlamada günlük 1 milyon barrelin azaltmanın yetərli olacağını bildirmişdi.

Qafqazinfo.az