İran ABŞ və İsrailin başlatdığı müharibədə iştiraklarına görə ABŞ və İsraillə yanaşı, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniyadan kompensasiya tələb edir.
Bu barədə İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin məktubunda bildirilir.
O, müvafiq məktubu BMT-nin baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının sədrinə göndərib.
“Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya beynəlxalq hüquqa zidd hərəkətləri nəticəsində İran İslam Respublikasına vurulan bütün maddi və mənəvi zərərə görə tam təzminat ödəməlidirlər”, – sənəddə qeyd olunur.
İrəvani qeyd edib ki, bu dövlətlər təkcə öz ərazilərini İrana qarşı aqressiyanın həyata keçirilməsi üçün təqdim etməyiblər, həm də bəzi hallarda mülki obyektlərə yönəlmiş qanunsuz silahlı hücumlarda birbaşa iştirak ediblər.
“Bu dövlətlərin ərazilərindən aqressorların İran İslam Respublikasına qarşı istifadə etməsinə icazə verməsi aqressiya aktı kimi qiymətləndirilir”, – deyə İrəvani vurğulayıb.
İran ərəb ölkələrindən də təzminat tələb edir