Türkiyədən olan hərbi ekspertlər 1-4 aprel tarixində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) nəzdində 2011-ci ildə imzalanmış "Vyana sənədi" çərçivəsində Ermənistan ərazisində təftiş aparacaqlar. "Sputnik"ə istinadən bildirilir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib.
"Türkiyə Cümhuriyyətindən çoxmillətli müfəttişlər qrupu 1-4 aprel tarixində 2011-ci il "Vyana sənədi" çərçivəsində Ermənistanda qeyd olunan regionlarda təftiş aparacaqlar",-deyə məlumatda qeyd olunur.
2011-ci ildə imzalanmış "Vyana sənədi" ATƏT-ə üzv ölkələr arasında hərbi qüvvələr, müdafiə planlaşdırması və büdcələr mövzusunda geniş məlumat mübadiləsi nəzərdə tutur. ATƏT ölkələri həmçinin müəyyən hərbi fəaliyyətlər haqqında bir-biri ilə məlumat bölüşür, müşahidəçi dəvət edir və təftiş aparır.
Türkiyənin hərbi ekspertləri Ermənistanda təftiş aparacaq

Oxşar xəbərlər