Ötən ay Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı 52 753 nəfər təşkil edib.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.
Yanvar ayı ilə müqayisədə Azərbaycana səfər edən qonşu ölkə vətəndaşlarının sayında 3 709 nəfər azalma qeydə alınıb. Azalmaya baxmayaraq, Azərbaycan Gürcüstan vətəndaşlarının ötən ay Türkiyədən sonra ən çox səfər etdiyi ikinci ölkə olub.
Hesabat dövründə Türkiyəyə səfər edən Gürcüstan vətəndaşlarının sayı 127 713 nəfər təşkil edib. Onların 36-na ölkəyə girişə icazə verilməyib.
Fevral ayında Gürcüstan vətəndaşlarının ən çox üz tutduğu ölkələrin ilk üçlüyünə Türkiyə və Azərbaycanla yanaşı Ermənistan da yer alıb. Ötən ay bu ölkəyə səfər edənlərin sayı 23 751 nəfər təşkil edib.
Report
Gürcüstandan Azərbaycana gələnlər azalıb
Oxşar xəbərlər