Con Bolton Azərbaycan prezidentinə zəng edib

Yanvarın 29-da ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
 
Azərbaycan prezidentinin mətbuat xidməti bildirir ki, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.
 
Ötən ilin oktyabrında C.Bolton Azərbaycana səfər etmişdi. O, prezident İlham Əliyev və xarici işlər naziri E.Məmmədyarovla görüşmüşdü.