“Neftçi” klubu Azərbaycan Premyer Liqasına ardıcıl iki heç-heçə ilə başlayıb.
"Unikal" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu klub tarixində ilk belə hal olub.
Roman Qriqorçukun yetirmələri öncə “Turan Tovuz” (0:0), ardınca “Səbail”lə (1:1) sülhə imza atıb.
Eyni komandanın startdakı iki turda heç-heçə etməsi son 9 mövsümdə ilk dəfə qeydə alınıb. Sonuncu belə hadisə 2015/2016 mövsümündə yaşanıb. Həmin vaxt iki komanda - “Sumqayıt” və “Kəpəz” startda heç-heçələri sıralayıb.
Ümumilikdə isə ölkə çempionatları tarixində 11-ci belə seriya qeydə alınıb.
“Bakı” (2011/2012, 2012/2013) və “Kəpəz” (2010/2011, 2015/2016) hərəyə iki dəfə belə starta imza atıb. Bakı “İnşaatçı”sı 1993/1994, “Turan” 1996/1997, AZAL 2008/2009, “Simurq” 2012/2013, “Xəzər Lənkəran” 2013/2014, “Sumqayıt” 2015/2016 mövsümündə sülhsevərlik göstərib.
"Neftçi" tarixində ilkə imza atıb