Ötən gün paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib.
Araşdırma aparılır.
“Neftçi”-“Qarabağ” oyunundan əvvəl azarkeşlər arasında insident yaşanıb, 4 nəfər saxlanılıb