Müstəhəb qurban kəsməyin bütün hökmləri – Ayətullah Sistaninin fətvaları əsasında

Müstəhəb qurban kəsilməsilə bağlı Ayətullahül Üzma Seyid Əli Sistaniyə ünvanlanan suala verilən 13 hissəli cavab.

Operativtv.com Az.shafaqna.com-a istinadən məlumatı diqqətinizə çatdırır:

Sual: Lütfən, müstəhəb qurban kəsməyin bütün hökmlərinin izahını verin.

Cavab:
1). Maddi imkanı olan bütün şəxslərə qurban kəsmək təkidli müstəhəb əməldir, həmin imkanlı şəxslər hacı olmasalar da.
2). Əgər bir şəxsin qurban kəsmək üçün pulu olarsa, amma qurban kəsmək üçün heyvan tapa bilməzsə, müstəhəbdir ki, heyvanın qiyməti qədər sədəqə versin.
3). Mükəlləf özü və ailəsi üçün təkcə bir heyvan qurban kəsə bilər.
4). Bir heyvanı iki və ya bir neçə nəfərin müştərək olaraq qurban kəsməsi icazəlidir, xüsusi ilə də qurban kəsmək üçün heyvan qıtlığı olarsa və heyvanın qiyməti bazarda baha olarsa.
5). Qurban kəsmək üçün ən yaxşı vaxt Qurban bayramı günü Günəş çıxdıqdan sonra və Qurban bayramı namazını qılmaq miqdarında kifayət qədər vaxtın keçdiyi zamandır.
6). Minada olanlar (Həccə mərasimində iştirak edənlər) üçün qurban kəsməyin müstəhəb olması (Qurban bayramı günündən başlayaraq) dörd gün və digər şəxslər üçün isə 3 gün davam edir. Baxmayaraq ki, Qurban bayramı günü qurbanlığı kəsmək ehtiyat müstəhəbdir.
7). Qurbanlıq heyvan dəvə, ya inək və ya qoyun (keçi) olmalıdır. Ehtiyat vacibə görə 5 yaşından aşağı dəvə, 2 yaşından aşağı inək və keçi və 7 aylığından aşağı qoyunun qurban kəsilməsi kifayət etmir.
8). Xəstə, arığ və ya qüsurlu heyvanın qurban kəsilməsinin eybi yoxdur.
9). Heyvan qurban kəsə onun 3-dən birini özünə götürə, 3-dən birini istədiyi müsəlmana verə bilər. Və müstəhəbdir ki, yerdə qalan 3-dən birini də müsəlman yoxsullara sədəqə versin.
10). Qurbanlıq heyvanın dərisini sədəqə vermək müstəhəbdir. Qurbanlıq heyvanın dərisini qəssaba muzd kimi vermək məkruhdur.
11). Qurban bayramında kəsilən qurbanlıq “əqiqə qurbanı”nı əvəz etmir. (Əqiqə qurbanı – körpə dünyaya gələndən sonra yerinə yetirilən müstəhəb əməllərdən biridir.)
12). Meyit üçün (yəni vəfat etmiş şəxsin tərəfindən) ümid (rəca) qəsdi ilə (ki, ona da Allah yolunda qurban sədəqəsinin savabı yazılsın) qurbanlıq kəsməyin eybi yoxdur.
13). İki və ya bir neçə nəfər üçün bir heyvanı qurban kəsməyin eybi yoxdur.