Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub, ölən və yaralanan var

İyulun 24-də Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki silah-sursat zavodunda partlayış nəticəsində ölən və yaralanan olub.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti də təsdiqləyib. Bu qurumdan Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, 1 nəfərin ölümü, daha birinin xəsarət almasıyla nəticələnən sursat partlayışı üzrə Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
“Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur”, – Baş Prokurorluqdan belə deyilib.
Partlayış zamanı ölən və yaralanan şəxslərin zavodun işçiləri olduğu bildirilir:
“Ölən Mehman Əhmədovun 57 yaşı var. Yaralanan isə qadındır”.