BƏƏ əmiri Şeyx Məhəmməd bin Raşid El Maktumun qızı, mart ayından yoxa çıxan şahzadə Şeyha Lətifə ələ keçib. Məlumata görə, 33 yaşlı şahzadə 7 il boyunca qaçmaq planını hazırlayıb, sonra isə Fransanın sabiq casusunun köməyi ilə dəniz vasitəsilə qaçıb. Hədəf Hindistanın Goa ştatı olub.
BBC şahzadə Lətifənin başına gələnlərlə bağlı sənədli film hazırlayıb. Məlumata görə, şahzadə Lətifə hələ 2011-ci ildə Fransanın sabiq casusu Jan Pyer Herve Jaubertlə əlaqə yaradaraq qaçmaq istədiyini deyib və 7 il ərzində təqribən 400 min dollar pul yığıb. 2018-ci ilin əvvəllərində nəhayət bu planı reallaşdırmaq şansı əlinə keçib.
O, dəniz vasitəsilə Hindistanın Goa ştatına getməyə hazırlaşıb. Lakin gəmi Hindistan sahillərinə 50 mil (80 km) qalmış ələ keçib.
WhatsApp vasitəsilə kömək istəyən Şeyha Lətifə «Xahiş edirəm, kömək edin. Gəminin ətrafında adamlar var. Silah səsləri eşidiləm və bir dostumla gizlənirəm» yazıbmış.
İsmarıcda sözügedən dostunun şahzadənin idman müəllimi finlandiyalı Tiina Coanna Cauhiainen olduğu düşünülür.
Şahzadə ilə yola çıxaraq həyatlarını təhlükəyə atan heyət üzvlərinin isə filippinlilər olduğu hesab edilir.
Fransız kəşfiyyatçının sözlərinə görə, şahzadə ələ keçərkən Dubaya qayıtmaqdansa, öldürülmək istəyib.
Qeyd edək ki, saxlanıldığından bəri heç kim şahzadə Lətifənin üzünü görməyib. Onun Instagram hesabı da bağlanıb.
Saraydan qaçan BƏƏ əmirinin qızı ələ keçib - Foto

Oxşar xəbərlər