Qətər BƏƏ-yə qarşı Beynəlxalq Məhkəmədə iddia qaldırdı

Eastnews.org-un verdiyi xəbərə görə, Qətər Doha rəhbərliyinə qarşı blokadaya dair qeyri-qanuni addımları səbəbiylə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) əleyhinə Beynəlxalq Məhkəmədə iddia qaldırdığını bildirib.

Bu barədə Qətər Xarici İşlər Nazirliyi mətbuat katibi Lulvə Raşid əl-Xatir rəsmi Tvitter hesabından açıqlama verib. O, verdiyi açıqlamada Qətərə qarşı blokadayla bağlı qeyri-qanuni əməliyyatları və pozuntuları ilə əlaqədar BƏƏ əleyhinə iddia qaldırdıqlarını bildirib. Xatir məsələyə dair ətraflı məlumat verməyib. BƏƏ-dən isə hələ məsələ ilə bağlı hər hansı bir açıqlama verilməyib.