Məhərrəm ayı başlayan gündən təkfirçi qrupların hədəfində olan Pakistanın Paraçinar bölgəsində yaşayan şiələrə qarşı terror, sui-qəstlər durmadan artmaqdadır. Yerli hökumətin lazımı tədbirlər görməməsi nəticəsində bu günlər Hüseyn (ə) əzadarları 200-dən artıq şəhid veriblər. Müxtəlif məkanlara təkfirçilərin hücumları bəlli bir ssenari üzərindən hazırlanaraq daxildən qorxu mühitinin formalaşdırılması, xaricdən isə əza tədbirlərinin təhlükəli olması fikrinə xidmət etdiyi şübhəsizdir.
Pakistan din xadimlərinin ölkədə yaşanan özbaşnalıqlarla bağlı Pakıstan rəhbərliyinə müraciətləri isə bu ana qədər cavabsız qalmaqla günahsız insanların şəhadətini artırır.
Biz yaşanan acı hadisələri, müsəlman bacı qardaşlarımıza qarşı məkrli planları məhkum edir, Pakistan dövlətindən terrorçu-təkfirçilərə qarşı tez bir zamanda ölçü götürmələrini tələb edirik.
MBH Pakıstanda baş verən terror aktlarını qınadı