“Sərhəd qoşunları haqqında“ qanuna dəyişiklik qəbul edilib

Milli Məclisin 12 iyun iclasında "Sərhəd qoşunları haqqında” qanunda dəyişikliklər edilib. Yeniliklə sənədin adı "Sərhəd mühafizə orqanları haqqında” qanun olur.
 
Azərbaycanın sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir.
 
Sərhəd mühafizə orqanlarının fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri sərhəd mühafizə orqanlarına rəhbərliyi həyata keçirir.
 
Sərhəd mühafizə orqanları Azərbaycan Respublikasının büdcəsindən ayrıca maddə ilə müvafiq icra hakimiyyəti orqanına ayrılmış vəsait hesabına maliyyələşdirilir.
 
Hazırda dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin etmək 31 iyul 2002-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin səlahiyyətindədir. Quruma general-polkovnik Elçin Quliyev rəislik edir.
 
toplum.tv