Misirin Əzhər Universitetinin şeyxi Əhməd ət-Tayyib verdiyi açıqlamada İran Elm Hövzələri Direktoru Ayətullah Əli Rza Ərafinin məktubunu böyük məmnuniyyətlə aldığını açıqlayıb.
Ayətullah Ərafi Quranı təhqir etdikdən sonra əl-Əzhər şeyxinə məktub göndərərək İslam ölkələrindən İsveç və Danimarkaya qarşı ciddi addımlar atmağı tələb edib. Misirin “Əl-Əhram” qəzetinin məlumatına görə, əl-Əzhər şeyxi bu açıqlama ilə çıxış edib: “Bu qeyri-insani və mədəniyyətsiz hadisə İslam dünyasını Şərq və Qərb arasındakı ixtilafları həll etməyə və birləşməyə, təhdid edənlərə qarşı bir araya gəlməyə təşviq edir.”
Şeyx Əhməd ət-Tayyib həmçinin din və məzhəb fərqliliyindən asılı olmayaraq bütün dünyada İslam alimləri arasında birlik və həmrəylik yaratmaq, fitnə və ixtilafların qarşısını almaq üçün İslami dialoqlar aparmaq əzmində olduğunu vurğulayıb.
Əl-Əzhər şeyxi həmçinin bütün ərəb və islam ölkələrini Qurani-Kərimi qorumaq üçün İsveç və Danimarka mallarına embarqonu saxlamağa çağırıb.
Əl-Əzhər Şeyxindən İranın çağırışına cavab