Hizbullahın baş katibi Məhərrəm ayının ilk gecəsindəki çıxışında ötən əsrin ən mühüm hadisəsinin İran İslam İnqilabının qələbəsi olduğuna diqqət çəkib: Kərbəla İmama Zaman (ə.f.) yol açan nəsillər yetişdirir. Bizdə nə varsa, Aşuradandır.
Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah Məhərrəm ayının ilk gecəsində çıxış edib. Hizbullahın baş katibi Beyrutun cənub ətraflarında çıxışının əvvəlində bunları vurğulayıb: “Kərbəla zəmanə və zaman sahibinə (İmam Mehdiyə) yol açan və ona layiqincə kömək edən nəsillər yetişdirir. Bu nəsillər İmam Zamana (ə.f. ) dünyada ədaləti bərqərar etməkdə, zülm və üsyanla mübarizədə kömək edirlər”.
Nəsrullah sözlərini belə davam etdirib: “Kərbəla bizə səbir və dözümlülük, işğala qarşı vuruşmağı, zülmə qarşı durmağı, düşmənin çoxluğuna və silah gücünə təslim olmamağı öyrətdi. Hicri yeni il üçün “Kərbəla, Mehdiyə (ə.f.) yolumuz” başlığını seçirik. Kərbəla bizə vəzifəmizi yerinə yetirməyi, vəliyə itaət etməyi, haqqa kömək etməyi və qurban kəsməyi öyrədir”.
Seyid Həsən Nəsrullah: Yeni ildə müsəlmanlar və İslam dünyası hər bir ölkədə İslam prinsipləri, dini, müqəddəsliyi, qədəri və namusunun qorunması sahəsində çoxlu çətinliklər və milli mübarizələrlə üzləşir. Hicri yeni ilin başlanması münasibəti ilə bütün müsəlmanları təbrik edir, Uca Allahdan bütün müsəlmanları qorumasını və çətinliklərin öhdəsindən gəlməkdə onlara kömək olmasını diləyirik.
Hizbullah baş katibi vurğulayıb: “Tarix çox vacibdir. Biz buna diqqət yetirməli və bundan yararlanmalıyıq. Vurğulayıram ki, bəzi təcrübələr təkrarlanmasın və Livan xalqı vətəndaş müharibəsi dövrünə qayıtmasın deyə Livan tarixindən oxuyub bəhrələnmək lazımdır. Tarix məyusluqlarla doludur və tarixi idarə edən qaydalar və normalar sabitdir və hamısı cəmiyyətlə bağlıdır. Kim bu norma və qanunlara etiraz edərsə, itirəcək, onlardan istifadə edən isə qazanacaq”.
Nəsrullah: Quran hekayələri insanlar üçün ibrətdir. Quranda adı çox çəkilən Musa peyğəmbər (ə) və Quranda adları ən çox çəkilən insanlar İsrailoğullarıdır. Biz müqavimət yolunda Quran oxuduq və Allahın İsrail oğulları haqqında bizə söylədiyi hər şeydən xəbərdar idik. Quran israillilərin yaşamaq həvəsi yüksək, dünyapərəst bir qövm olduğunu vurğulayaraq, onların sözləri təhrif edən bir qövm olduğunu xəbər verir. Quran bu qəbilə haqqında çoxlu məqamları bəyan etmişdir. Bundan əlavə, Bəni-İsrailin Quranda bəyan etdiyi hərtərəfli rəftar müsəlmanları bu xalqın təhlükələrindən xəbərdar etməkdir.
Seyid Həsən Nəsrullah həmçinin deyib: Keçən əsrin ən böyük hadisəsi İranda İmam Xomeyninin başçılıq etdiyi İslam İnqilabının qələbəsidir və əlimizdə olan hər şey Aşuradandır.
Hizbullahın baş katibi çıxışının sonunda Alim Şeyx Afif Nəblusinin vəfatı ilə əlaqədar ailəsinə, rəsmilərinə və İslam Elmləri məktəblərində çalışan alimlərə başsağlığı verib və deyib: “Biz bir alim, bir döyüşçünü, bir atamızı və bir şəhidimizi itirdik”.
Livanın aparıcı alimlərindən biri və İslami müqavimətin tanınmış tərəfdarlarından olan Şeyx Afif Nəblusi uzun sürən xəstəlikdən sonra cümə günü vəfat edib.
Kərbəla bizə səbir və dözümlülük, zülmə qarşı durmağı, düşmənin çoxluğuna və silah gücünə təslim olmamağı öyrətdi