Koalisiya qüvvələri husilərin mövqelərinə səkkiz zərbə endirib

Koalisiya qüvvələri Yəməndə husilərin mövqelərinə səkkiz zərbə endirib, onların yeraltı anbarları, raket buraxılışları və havadan müşahidə ilə bağlı obyektləri hədəfə alınıb.

Bu barədə Avstraliya, Bəhreyn, Böyük Britaniya, Kanada, Niderland və ABŞ-nin birgə açıqlamasında bildirilir.

"Bugünkü zərbə xüsusi olaraq husilərin yeraltı anbarını və raket imkanları və onların havadan müşahidəsi ilə əlaqəli yerləri hədəf alıb", - açıqlamada bildirilir.

Koalisiyanın açıqlamasında bildirilir ki, “məqsəd Qırmızı dənizdə gərginliyi aradan qaldırmaq və sabitliyi bərpa etməkdir: “Biz husilərin rəhbərliyinə xəbərdarlığımızı təkrarlayırıq: davam edən təhdidlər qarşısında insanların həyatını və dünyanın ən mühüm su yollarından biri boyunca sərbəst ticarət axınını qorumaqdan çəkinməyəcəyik”.

Bəyanatda vurğulanır ki, keçən il noyabrın ortalarından bu günədək husilər artıq Qırmızı dənizdə gəmilərə 30-dan çox hücum həyata keçiriblər.

 

Report.az