İsveçdə məscidə anti-islam hücumu

Operativtv.com SHAFAQNA TÜRKİYƏ- yə istinadən xəbər verir ki, İsveçin Stokholm məscidinin sosial media hesabından edilən açıqlamada  Qurani-Kərimin məscidin qapısı önünə zəncirlə bağlanaraq asıldığı bildirilib.

Hadisənin fotoşəkilinin də yer aldığı açıqlamada, “Məscidimiz və camaatımız çox geniş şəkildə təhdidlərə məruz qalır. İrqçilər həmişə onlarla olmayanları ləkələmək üçün yeni cəhdlər edirlər. Həm cəmiyyətimizin, həm də ictimaiyyətin diqqətini cəlb etmək, nifrət cinayətlərinin normallaşmasının qarşısını almaq üçün bu fotoları və məlumatları paylaşırıq” - ifadələrdən istifadə edilib.

Qeyd edək ki, məscidin qapısına əvvəllər də dəfələrlə sprey boya ilə svastika çəkilib, İslam əleyhinə yazılar yazılıb.