İsraildə meşə yanğınları səbəbindən iki şəhər boşaldıldı

İsraildə hökm sürən ekstremal istilər nəticəsində genişmiqyaslı meşə yanğınları başlayıb.

İsraildə qeyri-adi yüksək temperatur meşə yanğınlarına səbəb olub və vəziyyət ölkə üçün ciddi təhlükə yaradıb. Artan alovlar səbəbindən iki şəhər tamamilə təxliyə edilib.

Hadisənin miqyası o qədər böyükdür ki, bəzi sürücülər maşınlarını birbaşa yollarda tərk edərək təhlükəli ərazilərdən piyada qaçmağa məcbur qalıblar.

Yanğınsöndürənlər alovu nəzarət altına almaqda çətinlik çəkirlər, güclü külək və quru hava yanğının sürətlə yayılmasına səbəb olur.

Fövqəladə hallar xidməti vəziyyəti “xüsusi riskli” elan edib və əhalini təxliyə planlarına hazır olmağa çağırıb.