İsrail rejim Dəməşqə hücum edib

İsrail rejimin Suriyanın Zeynəbiyə bölgəsinə hava hücumu təşkil etdiyi açıqlanıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Bəzi xəbər mənbələri Dəməşqin cənubundakı Zeynəbiyə bölgəsində partlayış səslərinin eşidildiyini bildirib.

İşğal altındakı Colan təpələrindən Dəməşqin cənubundakı Zeynəbiyə bölgəsinə raketlərin atıldığı bildirilib.

Suriya mediası sionist rejimin Zeynəbiyyə bölgəsinə hücumunun 3 raketlə həyata keçirildiyini açıqlayıb.

Sionist rejimin hücumunda 2 nəfərin şəhid olduğu açıqlanıb.