İsrail qüvvələrinin məhdudiyyətlərinə baxmayaraq, on minlərlə insan Məscidül-Əqsaya axışıb

Məscidül-Əqsada bayram namazı İsrail qüvvələrinin məhdudiyyətləri altında qılınıb.

Müsəlmanlar İsrail qüvvələrinin qadağalarına baxmayaraq, işğal altındakı Qüdsün Köhnə Şəhərində yerləşən Məscidül-Əqsada Qurban bayramı namazını qılıb. Dünən gecə namazından sonra Məscidül-Əqsaya gələn fələstinlilərin sayı səhər namazında on minlərlə nəfərə çatıb.

Məscidül-Əqsaya gəlmək istəyən fələstinlilər, Hərəmi-Şərifin yerləşdiyi İçərişəhər bölgəsinə gedən yollarda maşınları ilə uzun növbələr yaradıblar. Sionist İsrail qüvvələri bayram namazından əvvəl Məscidül-Əqsanın qapılarında fələstinlilərin kimliyini yoxlayıb və bəzilərinin içəri daxil olmasına icazə verməyib.

Hərəmi Şərifin Silsilə qapısında qatil İsrail qüvvələri ilə fələstinli gənclər arasında dava düşüb. Sionist rejim polisi burada fələstinlilərə qarşı müdaxilə edərək çoxlu fələstinli gənci döyüb.

Məscidül-Əqsanın Kral Feysəl qapısında sionist İsrail qüvvələri çoxlu fələstinlinin içəri girməsinə icazə verməyib.

Qurani-Kərim tilavəti və təkbirlərlə bayram namazına qədər Məscidül-Əqsada gözləyən on minlərlə müsəlman, namazdan sonra oxunan bayram xütbəsini dinləyib. Əl-Əqsa məscidinin imamı Şeyx Yusuf Əbu Süneynənin oxuduğu bayram xütbəsində işğalçı İsrailin Qəzza zolağında apardığı soyqırım müharibəsinə diqqət çəkilib.

Şeyx Əbu Süneyne İslam dünyasının Qəzzə zolağı və Fələstin xalqını tək qoyduğunu vurğulayaraq bunun böyük bir ayıb olduğunu bildirib. O, İsrail həbsxanalarında olan fələstinli məhbuslara işarə edərək, qeyd edib ki, Fələstin xalqı mübarizəni davam etdirəcək və işğala son qoyulacaq.

Qüds İslam Vəqfləri İdarəsinin mətbuat sözçüsü Firas Dibs verdiyi yazılı açıqlamada hərəm-i Şərifdə bayram namazını yalnız 40 min müsəlmanın qıla biləcəyini bildirib.

Qatil İsrail qüvvələrinin təzyiqi ilə bu rəqəmin misli görünməmiş dərəcədə azaldığına diqqət çəkən Dibs, sionist İsrail polisinin Hərəmi-Şərifin qapılarında qadın, uşaq və qocaları döydüyünə diqqət çəkib.