İspaniya: İsrailə silah satmayacağıq

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının binasında mətbuat konfransı keçirib.

İsrailə silah embarqosu tətbiq edib-etməyəcəkləri sualına Albares oktyabrın 7-dən sonra İsrailə yeni silah satışı lisenziyasının verilmədiyini bildirib.

Bu səbəblə praktikada İsrailə embarqo qoyulduğunu vurğulayan Albares, "Mövcud vəziyyət davam etdiyi müddətcə İsrailə silah satmayacağıq" deyib.

İspaniyanın Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər Təşkilatına (UNRWA) 3,5 milyon avro maliyyə yardımı edəcəyini açıqladığını ifadə edən Albares, bunun qısa müddətdə necə artırıla biləcəyini araşdırdıqlarını qeyd edib.