Dünyanın hər bir nöqtəsində olduğu kimi Azərbaycanda da Ramazan ayının xüsusi ayiləri icra edilən Əhya gecələri qeyd edilir. Ramazanın 19-21 və 23-cü gecələrinə təsadüf etməsi ehtimal olunan Qədr gecələrində dualar edilir və Quranlar başlar üzərinə qaldırılaraq Allaha həmd-sənalar oxunur.
Ötən iki Əhya gecələri də inanclı Azərbaycan xalqı üçün bu anlar xüsusi qeyd edilib. Allah evləri, məscidlərə toplanan inanclılar birlikdə dualar edib, Allahdan bağışlanmaq diləyiblər.
Belə mərasimlərdən biri Bakının Bülbülə qəsəbəsində İmam Ümmət məscidində baş tutub. ikinci Əhya gecəsi münasibətilə keçirilən tədbirə çox sayda insan qatılıb.
Mərasimdə ilahiyyatçı Seyid Şəhadət Heydərov çıxış edərək Qədr gecəsində insanın Allahla ünsiyyəti, günahlardan paklanma üçün Yaradan qarşısında tövbə edilməsindən danışıb.
Xətib daha sonra İmam Əlinin (ə) fəzilətindən, onun məsciddə sui-qəsdə məruz qalması və şəhadətinə də toxunub.
Məclisin birinci hissəsində Əhya gecəsinin əməlləri icra olunub.
İslam dünyası Əhya gecələrini qeyd edir