“Biləsuvar” gömrük postunda İrandan gələn və hər birində ümumi çəkisi 24700 kq olan kartof məhsulu olan iki yük avtomobili saxlanılıb.
DGK-dan verilən məlumata görə, posta dəvət edilən Qida Təhlükəsizliyi Agentliyinin Cəlilabad Regional bölməsinin nəzdində Fitosanitar Nəzarəti sektorunun mütəxəssisləri tərəfindən birgə fitosanitar karantin baxışı keçirilərkən məhsulda potensial təhlükə törədə bilən kartof güvəsi - “Phthorimaea operculella Zell”in izləri aşkar edilib.
Aşkar olunan zərervericinin təsdiq edilməsi üçün nümunə götürülərək Bakı Regional 2 saylı sınaq laboratoriyasına göndərilib və təsdiqini tapıb.
Yuxarıda göstərilənlərlə əlaqədar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 14-cü fəslinin və “Fitosanitar nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (idxal olunan bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin sirayətlənmə riski yüksək olduğu üçün) tələblərinə əsasən qeyd olunan hər iki avtomobil müvafiq araşdırma aparılması üçün “Biləsuvar” gömrük postunda saxlanılıb və ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
İrandan gətirilən kartofda güvə aşkarlandı

Oxşar xəbərlər