İranda azərbaycanlılar yaşayan əyalətlərdə kütləvi zəhərlənmə - 11 ölü, 800 yaralı

İranda göbələkdən kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bu barədə İranın Səhiyyə Nazirliyinin infeksion xəstəliklər mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya məlumat verib. Zəhərlənmədən 11 nəfər ölüb, azı 800 nəfər zəhərlənib. 

Hazırda xəstəxanalarda 230 nəfər qalır, zərərçəkənlərdən üçünə qaraciyər köçürülməsi əməliyyatı edilib. 

Kütləvi zəhərlənmələr Kirmanşah, Kürdistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Həmədanda qeydə alınıb.

7news.Az