Dünya azərbaycanlılarının həmrəylik günü, bir ilin sonu, yeni bir ili qarşılama ərəfəsindəyik. Birlik və bərabərlik olaraq azərbaycanlıların ilin hər bir zamanında həmrəyliyə duyduğu ehtiyac dünən əsarətdə olan torpaqların azadlıq qarantı olduğu kimi, o, gələcək azad və suveren Azərbaycanın da inkişaf amili sayılır. Təəssüf ki, həmrəylik çağırışı baxış bucaqlarımızı xalq olaraq deyil, şəxsi maraqlar rakursuna çəkincə nəticələr çox da arzulanan olmur. Buna görə də ilin son satlarında bir daha həmrəylik çağırışında olan Azərbaycan inanclısının ona bu çağrışda görünən cavab rəngi söz mövzusu olaraq altı çizilən aşağıdakı fikirlərə diqqət olunmağa ehtiyac yaradır.
2023-cü il Azərbaycan xalqı, xüsusi olaraq inanclılar üçün ümumilikdə narahat və üzüntülərlə yadda qalan il oldu. İki dəyərli ruhani Hacı Şahin Həsənli və Seyid Fəramiz Abbasovun, eyni zamanda zülmlə son nəfəsinə qədər mübarizə apararaq, zindanda canını tapşıran Hacı Səbuhinin itkisi, yüzlərlə inanclının həbsi, onlarca ruhaninin şərlənməsi bu ilə sözün həqiqi mənasında arzulanmaz bir nöqtə qoydu. Lakin bununla parallel Hacı Şahinin dəfni zamanı yaşanan əzəmət qəlbi qara, İslama qarşı nifrət püskürənlərin növbəti birlik və vəhdət nümunəsinin mənfi təzahürü oldu. Xalqın həqiqi lider, tam varlığı ilə sevib, seçib inandığı şəxsin aydın tablosu bir çoxlarının odsuz alışmasına səbəb idi. Gecələr belə məzarı ətrafında kütlənin toplandığı həqiqi sevgi mənbəyi olan ilahiyyatçıya eşq bütün varlığında zəngin xəbasət yataqları yuva salmış insanları yerindən oynatmaya bilməzdi. Öz vətəndaşına qarşı sərt ifadələrin yer aldığı o günlər həmrəylik güzgüsündə necə böyük çatların yaradılmasına aydın nümunə idi.
İlin əvvəlindən hakimiyyətin inanclılara qarşı şərləmə maşınının reperessiya dalğası xalqın vəhdət və birliyində növbəti boşluğun, nifrətin təzahürü olaraq dəyərləndirilə bilər. İran cəsusu deyib durmadan saga-sola nifrət yağdıran “vətənpərvər” kəslərin davranışı sözün həqiqi mənasında hakimiyət tərəfindən işgəncə görmüş şəxslər olaraq onların da eyni hədəfə nişan alması təəccüb və təəssüf doğururdu. O zaman bu şəxslərə hakimiyyətin parçala və idarə et siyasəti ilə bağlı çoxsaylı çağırışlar, mini ötən inanclının günahsızlığı ilə əlaqəli sadə sübutlar qulaqardına alındı. Nəticə bu gün eyni ittiham və fərqli ölkə adları ilə həmən şəxsləri hədəfə almasına gətirib çıxardı ki, bu çox üzücü bir vəziyyətdən başqa bir şey deyildi.
İsrail və Fələstin arasında baş qaldıran müharibə də ortalığın böyük uçurumuna yol açan acı hadisələri sırasındadır. İnanclılara qarşı davranışlar müharibənin ilk günlərində sanki İslamın barbar düşüncə tərzi aşılayan bir din olaraq Azərbaycan cəmiyyətində də, hansı fəsadlara səbəb olma təhlükəsi tirajlanan media orqanlarında, hətta İslamın bir din olaraq ölkədə məhdudlaşdırılması kimi təşəbbüsə qədər yüksələ bildi. Nifrət bəlli ki, inanc və inanclıya bir daxili ədavət olaraq yaşanırdı. Sanki müsəlman olduğu üçün aşağılanmağa fürsət axtaranların İslam ümətinə həqarəti sözün əsil mənasında ağrıdıcı idi. Həqiqi vəhşi, qaniçən yırtıcının kimliyi üçün isə qısa bir zaman lazım oldu ki, müsəlmanlara qarşı ittihamda güc və qüdrət nümayiş etdirənlərin həqiqi hədəfinin kimliyi bəlli olsun.
Bu sırada xırdalı böyüklü yüzlərcə narahatlıq yaradan amilləri qeyd etmək olar. Lakin biz, bir xalq olaraq bilməliyik ki, Azərbaycanın daxilindən başlayaraq dünyanın istənilən nöqtəsində olan vətəndaşımızı doğma bilib onunla həmrəylik nümayiş etdirə bilmiriksə, əvəzində ölkəmizin daxilindən başlayaraq xaricinə qədər uzanan böyük bir əsarət zəncirini boynumuzdan asmağa hazır olan güclərin qarşısında boyun əyməyimiz qaçılmazdır. Seçim iki yoldan biridir. Bu xalq, hər bir vətəndaşı, siyasi düşüncəlisi, sosial təbəqəlisi, ziyalısı, sadə vətəndaşı ilə çox qiymətlidir və biz bu qiyməti qorumaq üçün hər zaman birimiz digərimizi dəyərləndirməli, onu sevməliyik.
İllərcə azərbaycan inanclısı bu xalqı sevdi, onunla bir tamlıq nümayiş etdirdi. Bu gün həmrəylik işığında yenə də o, əhdinə sadiqdir.
Bayramımız mübarək dünyanın hər bir bucağından həmrəy olan azərbaycanlılarımız.
İlin son, həmrəy notları