III Respublika Platformasının spikeri Akif Qurbanov və Jurnalist Fərid İsmayılova qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb

Martın 6 da Toplum TV-nin ofisində saxlanılan III Respublika Platformasının spikeri Akif Qurbanov və Jurnalist Fərid İsmayılova Cinayət Məcəlləsinin 206.3.2-(qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.

 Akif Qurbanovun vəkili Şəhla Hümbətova məlumat verərək bildirib ki, onun evində aparılan axtarışlar zamanı heç nə tapılmayıb. Amma III Respublika Platformasının ofisindən 30 min avro pul “aşkarlandığı” bildirilib.

Fərid İsmayılovun vəkili Zibeydə Sadıqova bildirib ki, F.İsmayılov saxlanılarkən zorakılığa məruz qalıb.

Məlumat üçün bildirək ki, martın 6 da Toplum TV-nin ofisi polis tərəfindən axtarışlara məruz qalıb. Ofis möhürlənib və orada olan jurnalislər saxlanılıb. Martın 7-ə aid məlumatda bildirilir ki, onlardan bəziləri azad buraxılsa da, bəziləri hələ də idarədədir.