"III Respublika Platforması" ictimai-siyasi təşkilatı Azərbaycan hökumətini siyasi rəqiblərinə qarşı repressiyaları durdumağa və diffamasiyanı dekriminallaşdırmağa çağırır. Bu barədə Platformanın bəyanatında deyilir.
Platforma hesab edir ki, AXCP-nin keçmiş üzvü A. Əliyev tərəfindən Ə. Kərimliyə qarşı verilən xüsusi ittiham qaydasında şikayət də AXCP-yə qarşı Azərbaycan hökuməti tərəfindən aparılan sistematik repressiv tədbirlərin tərkib hissəsidir.
Azərbaycan hökuməti uzun müddətdir ki, AXCP-yə qarşı sistematik repressiya kampaniyası həyata keçirir.
"Bu siyasi repressiya hüquq-mühafizə orqanları tərəfindən davamlı olaraq AXCP üzvləri haqda əsassız və siyasi motivli cinayət və inzibati işlər açaraq onların məhkum edilməsində; AXCP sədri Ə. Kərimlinin ölkədən çıxışına imkan verməmək üçün ona ümumvətəndaş pasportunun verilməməsində (Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən bu halın pozuntu olmasında qərar çıxarılmasına baxmayaraq həmin qərar icra edilmir); partiyanın qərargahdan məhrum edilməsində, qurultay və iclaslarının keçirilməsi üçün məkanla təmin edilməməsində, sərbəst toplaşma azadlığı çərçivəsində toplantıların keçirilməsinə maneələr yaradılmasında; təşkilata və sədrinə qarşı hökumətyönümlü media və hakim partiyanın, eləcə də hakim partiya ilə əlaqəli peyk partiyaların təmsilçiləri tərəfindən aparılan qarayaxma kampaniyasında; həmçinin 2015-ci ildən bəri AXCP-nin qurultaylarının nəticələrinin əsassız səbəblərlə qeydiyyata alınmayaraq partiyanın fəaliyyətinin iflic edilməsində özünü büruzə verir", deyə bəyanatda bildirilir.
Bununla əlaqədar Kərimliyə qarşı onun cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə qaldırılan məhkəmə iddiası AXCP-yə qarşı Azərbaycan hökuməti tərəfindən aparılan sistemli repressiv tədbirlərin tərkib hissəsidir, deyə bəyanatda qeyd edilir.
* "III Respublika Platforması" 2023-cü ilin dekabrında bir qrup ictimai fəal tərəfindən təsis edilib. Platforma hakimiyyətin üç qolu - qanunvericilik, icra və məhkəmə hakimiyyəti arasında səmərəli tarazlığın tərəfdarı kimi çıxış edir. Bu qurum siyasi təşkilat kimi ölkənin siyasi həyatında fəal iştirak etməyi planlaşdırırdı.
Lakin 2024-cü ilin mart ayında hakimiyyət bu təşkilatın bir neçə üzvünü xaricdən qanunsuz maliyyə vəsaiti almaq ittihamı ilə həbs edib.
Turan.az
"III Respublika Platforması" AXCP və Əli Kərimliyə qarşı davamlı repressiya siyasətini pisləyir