İran ordusunun sözçüsü briqada generalı Əkrəmi Niya yaydığı açıqlamada bildirib ki, düşmən hər hansı “ağılsız addım” atacağı təqdirdə İran tərəfindən sürətli və qəti cavabla üzləşəcək. Onun sözlərinə görə, İrana qarşı hücumun cəzasız qalacağı düşüncəsi tamamilə əsassızdır.
Əkrəmi Niya vurğulayıb ki, mümkün hərbi qarşıdurmanın coğrafiyası yalnız bir ölkə ilə məhdudlaşmayacaq. “Müharibənin əhatə dairəsi sionist rejimdən tutmuş ABŞ-ın bölgədə yerləşən bütün hərbi bazalarına qədər uzanacaq”, – deyə o qeyd edib.
İran ordusunun sözçüsü bildirib ki, Silahlı Qüvvələr ölkənin suverenliyinə hər hansı toxunuşa qarşı dərhal və ağrılı cavab verməyə hazırdır. Onun sözlərinə görə, düşmən tərəflər səhv hesablamalar edərsə, bunun nəticələri ağır olacaq.
Əkrəmi Niya əlavə edib ki, mümkün hücum ssenariləri ilə bağlı bütün zəruri planlar əvvəlcədən hazırlanıb. “Düşmənin ata biləcəyi hər bir addım üçün uyğun və proporsional cavab variantlarımız mövcuddur”, – deyə o bildirib.
Trampa birbaşa mesaj
İran ordusunun rəsmi nümayəndəsi ABŞ prezidenti Donald Trampın açıqlamalarına da toxunub. O qeyd edib ki, Trampın guya sürətli əməliyyat həyata keçirib, bir neçə saat sonra hücumun bitdiyini və İrana qarşı tədbir görülməyəcəyini elan edə biləcəyi düşüncəsi reallıqdan uzaqdır.
“Belə bir ssenari qətiyyən mümkün deyil”, – deyə Əkrəmi Niya vurğulayıb.
Bu açıqlamalar fonunda İran ordusunun baş komandanı general-mayor Əmir Hatəmi də bu gün ordunun döyüş gücünün artırılması ilə bağlı göstəriş verib. O, ordu sıralarına 1000 pilotsuz uçuş aparatının daxil edilməsi ilə bağlı təlimatda bildirib ki, mövcud və potensial təhlükələr nəzərə alınaraq strateji imkanlar gücləndirilməlidir.
Hatəminin sözlərinə görə, bu addım sürətli döyüş qabiliyyətinin artırılmasına və istənilən hücuma qəti cavab verilməsinə xidmət edir.
Hörmüz boğazında hərbi manevr xəbərdarlığı
İran, eyni zamanda, Hörmüz boğazında canlı döyüş sursatı ilə dəniz təlimləri keçirmək niyyətində olduğunu açıqlayıb. Məlumata görə, manevrlərin bazar və bazar ertəsi günləri keçirilməsi planlaşdırılır. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Hadisələr ABŞ prezidenti Donald Trampın 2025-ci ilin sonlarından etibarən İrana qarşı səsləndirdiyi təhdidlər fonunda baş verir. Tramp son açıqlamasında “Razılaşma bağlayın” çağırışı edərək, İranın danışıqlar masasına əyləşəcəyinə ümid etdiyini bildirib. O, eyni zamanda, Venesuelaya göndəriləndən daha böyük bir hərbi donanmanın İran istiqamətində yola salına biləcəyi ilə hədələyib.
Analitiklər hesab edirlər ki, tərəflər arasında ritorikanın bu qədər sərtləşməsi bölgədə gərginliyin daha da artmasına zəmin yaradır.
Müharibə İsraildən ABŞ bazalarınadək uzanacaq