HƏMAS-la müharibənin İsrail iqtisadiyyatına hansı nəticələr verib?

İsrail Bankı münaqişənin 2025-ci ilin sonuna qədər İsrailə təxminən 70 milyard dollara başa gələcəyini gözləyir.

Oktyabrın 7-də HƏMAS-ın hücumlarına cavab olaraq Qəzzanı ağır bombardman edən İsrail iqtisadiyyatı 2023-cü ilin son rübündə 19,4 geriləyib.

İsrail Mərkəzi Statistika Bürosu (CBS) 2023-cü ilin son rübü üçün məlumatlarını açıqlayıb. CBS  Qəzzaya edilən hücumlar İsrail iqtisadiyyatına mənfi təsir göstərib. İsrailin ümumi daxili məhsulu (ÜDM) ötən ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 19,4 faiz azalıb.

Bazar gözləntiləri İsraildə ÜDM-in 10 faiz azalması deməkdir.

Elan edilən son məlumatların bazar gözləntilərindən xeyli yüksək iqtisadi daralma aşkar etməsi diqqəti cəlb edir. 2022-ci ildə 6,5 faiz böyüyən İsrail iqtisadiyyatı 2023-cü ildə 2 faiz azalıb. Son rübdə İsraildə özəl xərclər 26,9 faiz, ixrac 18,3 faiz, idxal isə 42 faiz, investisiyalar isə 67,8 faiz azalıb. Bu dövrdə dövlət xərcləri 88,1 faiz artıb.

İsrail Bankı münaqişənin 2025-ci ilin sonuna qədər İsrailə təxminən 70 milyard dollara başa gələcəyini gözləyir.

Bu ay Moody's İsrailin kredit reytinqini aşağı salaraq, müharibə nəticəsində yaranan siyasi risklərin artmasını və dövlət maliyyəsinin mənfi olmasını əsas gətirib.

İqtisadi daralmanın səbəbi işçilərin hərbi xidmətə çağırılması və fələstinli işçilərin İsrailə girişinə icazə verilməməsi səbəbindən biznes fəallığının azalmasıdır.