HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk hərəkatın Dəməşqdəki nümayəndəliyinin yaxın vaxtlarda açılacağını söyləyib.
Mehr xəbər agentliyinin ərəb mediasından verdiyi xəbərə görə, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Büro üzvü Musa Əbu Mərzuk yaxın vaxtlarda hərəkatın Dəməşq nümayəndəliyinin açılacağını bildirib.
Əbu Mərzuk həmçinin, "Həmasdan bir heyətin Bağdada səfəri üçün İraq rəsmiləri ilə əlaqə saxlayırıq və ümid edirik ki, bu təmaslar yaxın gələcəkdə baş tutacaq" deyib.
Ötən yanvar ayında Həmas və Suriya rəsmiləri arasında keçirilən görüşlərdə tərəflər arasında koordinasiya və ünsiyyətin yaxşılaşdırılması razılaşdırılıb. HƏMAS idarəçilərindən Xəlil əl-Həyyinin rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci ilin oktyabrında Suriyaya səfəri zamanı Bəşər Əsədlə görüşüb.
Əl Həyyi o zaman səfərlə bağlı verdiyi açıqlamada, "Keçmişdə baş verənləri keçmişdə buraxmaq üçün Suriya hökuməti ilə razılaşdıq" ifadəsini işlətmişdi.
HƏMAS-ın Dəməşqdəki nümayəndəliyinin bəyanatı