Mövzuda açıq fikrlərə aydınlıq gətirilə bilən amillər diqqətə alınınca bu gün dünyada İslamın mövcud düşüncəsinin niyə hədəfə alınması aydın olar. Son nöqtə isə sadalanan xüsusiyyətlərin vahid konsepsiya ətrafında cəmlənməsi və işlək olaraq quruluş verilməsi ortaya fəqihin-din mütəxəssisinin idarə etdiyi kiçik dini camiədən dövlətə qədər böyüyən bir nəzəriyyəni təqdim edir.
Fəqihin rəhbərliyi (fəqih yəni fiqh-dinin praktiki xüsusiyyətləri, gündəlik həyatda insan üçün lazım olan hər şey) kiçik ailə modelinin idarəçiliyindən başlayaraq böyük bir dövlətin idarə olunmasına qədər yüksələ bilir. Bunun üçün təqlid-praktiki əsasları incələyən şəxsin göstərişlərini icra etmək hər bir şiə inanclısı üçün vacibdir. O sadalanan gözəgörünməz mənəvi ipdir. Şiə dünyasında bir şəxs olsun tapmaq olmaz ki, fəqihin göstərişi altında həyat yaşamasın. Bunu dəyişmək qeyri mümkündür. Hər bir inanclı şiə fəqihin varlığını qəbul edir və praktiki həyatında-dinin hökmlər daxil-onun dediklərini icra edir.
Bu çərçivə böyüyərək genişlənib dövlət idarəçiliyinə qədər yüksələrsə fəqihin bir dövləti idarə etmək qədər gücə malik əsasları bu məzhəbin 500 il öncə təkmilləşən, lakin mənbəyi 1500 ilə gedib çıxan fəqihin vilayət idarəçiliyini ortaya qoyur. Bu gün Vilayəti-Fəqih (din bilicisinin rəhbərliyi) adlı nəzəriyyə islamın bu istiqamətdə gücünün və məntiqinin mümkünlüyünü göstərir.
Praktiki olaraq İranda idarə olunan Fəqihin rəhbərliyi altında dövlət qeyri şiələr yaşayan ölkələrdə də eyni formada işləkdir. Sadəcə burada ölkə rəhbərliyinin fəqih olub olmaması fərqi var ki, bu da bir inanclının ailə səviyyəsində vilayət qurmasına maniə yaratmır. Hansı ki, Livan, Suriya, İran, Yəmən, Bəhreyn, Türkiyə və Azərbaycan da daxil şiələrin yaşadığı ölkələrin hər biri mənəviyyata əsaslanan qanunları icrasında ciddidirlər ki, bu qanunları da həmən o fəqihlər tənzimləyir.
Məsələnin mahiyyət baxımından hədəfə alınmasına səbəblər məhz qeyd edilənlərlə əhatələnir. Əlbəttə birmənalı olaraq burada başqa səbəblər də ola bilər ki, bu gün dünya daxil ölkəmizdə İslam hədəfə alınsın. Lakin heç kəs üçün gizlin deyil ki, danışılan, iddia edilən səbəblərin əsil kökündə İslamın qüdrəti dayanır. Dünyanın artıq tükənməkdə olan insitutlarının imkanları qəbul edir ki, onların güclərinin yetmədiyi iddialarının həqiqi sahibi İslamdır.
İslam təkcə ibadi əsaslarla deyil, sadalanan ziddiyyətdoğurucu bir çox problemılərin həllini icra etmək gücünə malikdir. Haqlı olaraq hər kəsdə əgər doğurdan da İslamda belə bir potensial varsa niyə bunu ortaya qoymur sualı yarana bilər. Şübhəsiz bunun çox bəsit və sadə cavabı qərəzli olmayan, haqqı eşitmək istəyən hər kəsi razı salacaq. İslam dünyada hər tərəfli hədəfə alındığı, onun əqli, əxlaqi, mənəvi və bir çox potensialları böyük güclər tərəfindən məhdudlaşdırıldığı bir vəziyyətdə siz İslamın hansı gücə malik olduğunu deyil, təbii olaraq düşmənlərinin, onun varlığından qorxanların yaratdığı yalançı obrazları müşahidə etmiş olacaqsız. Ona görə də siz İslamın həqiqətdə nəyə qadir olduğunu görə bilmirsiz.
Eyni ilə Azərbaycan kimi. Burada da bir çox qüvvələr dinin mümkün düşüncəsi, mühafizə və müdafiəsi, ədalət və bərabərlik tərəfdarı olduğunu anlayır. Bunun üçün qarşı tərəf bütün güclərdən istifadə edərək İslamın ləkələmə siyasəti üçün özünün yaratdığı səbəbləri ortaya qoymaqla bu işi kiçiltməyə çalışır. Birmənalıdır ki, İslamın varlığı şəxslərin siması deyil, İlahi təkamüldə əks olunduğu üçün bu ləkələr elə bir çox ləkəlilərin söylədiyindən kənar qəbul edilmir.
Hakimiyyətdaxili güclərin də Azərbaycanda anti islam ruhu bir çox cinayətlərin hakim olduğu reallıqlara kölgə salmağa hesablanıb ki, bu mübarizədə təsirsizlik bu gün geniş həbslərə vüsət verib. Bəlli səbəblərdən İslam hədəfdədir və görünən budur ki, bu mücadilə davam edəcək.
Sonunda Allahın vədə verdiyi bir həqiqətlə bu mövzuya nöqtə qoyaq. Quranda Allah buyurur ki, onlar öz ağızları ilə Allahın nurunu (dinini məhdudlaşdırmağı) söndürməyi düşünürlər. Lakin insanların xoşuna gəlməsə belə Allah Öz nurunu tamamlayacaq. Bu Allahın vədəsidir ki, dünyanı saleh bəndələrinə irs olaraq verəcək və onları dünyaya hakim edəcək.
Müsəlman Birliyi Hərəkatı Təhlil Mərkəzi
Hədəf İslamdır - Xilas konsepsiyasi. 9-cu, sonuncu hissə.