Həbslərin növbəti fazası davam edir, hərəkatın bir üzvü də saxlanıldı

Ölkənin həbs dalğası qoynuna alan günahsız insanların qanunsuz saxlanılmasına daha biri əlavə olunub. Fevralın 23-də Bakıda bərbərdə olan MBH üzvü Mirzəyev Nurlan Əmiraslan oğlu əraziyə gələn 4-cü bölmənin əməliyyatçıları və rəis müavini ona yaxınlaşıb, ad, soyadını öyrəndikdən sonra heç bir səbəb göstərilmədən onu özləri ilə aparıblar. Artıq sistemləşdirilən inanclılara qarşı bu tip həbslər bəlli bir ssenari, ölkədə müəyyən göstəriş əsasında şiə inanclıların məhdudlaşdırılmasına hesablandığı bəllidir və bu da bəllidir ki, həbslər təkcə daxili deyil, xarici amillər, ölkədən kənar qüvvələrin Azərbaycanda şiə əqidəsinin mövcudluğuna qarşı geniş narahatlıq fonunda baş verir.

Fevralın 25 də məhkəmə önünə çıxarılan Nurlan Mirzəyevə 234.1-1-ci maddə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ilə ittiham aktı oxunub və 4 ay müddətində istintaqa cəlb edilərək barəsində həbsqətimkan tədbiri seçilib.