Hakimiyyət xalqla qul kimi rəftar edir

Polis vəhşiliyi hakimiyyətin bütün haqsızlıqlarının məcburi qəbul edilməsi üçün rejimin əlində güc mexanizmidir. Bir neçə il öncə kimlərsə polisin əməlləri haqqında hansısa mənfi qərar verməkdə tərəddüd edərdisə, bu gün istisnasız bütün xalq polis zülmündən əziyyət çəkir. Polisin müdafiəsində yalnız Gədəbəyin icra başçısı kimi hakimiyyətin pulları hesabına vəzifə tutuan şəxsləri görmək olar. Xalq olaraq zülm və sitəmdən cana doyduğu kimi onlara, bunu məcburi qəbul etdirən qolu zorlu polis özbaşnalığından da bezib.
Ötən gün Gədəbəydə vətəndaşına, xüsusi olaraq ağbirçək analara qarşı zor tətbiq edən, onların haqlı etirazına amansızlıqda divan tutuan hakimiyyət bir daha anlatdı ki, onun xalqı ilə davranışı quldarın öz qulları ilə davranışının eynidir. İlham Əliyev növbəti dəfə göstərdi ki, “ekoloji problem” deyilən məfhum yalnız onun istəyi ilə təhlükəli ola bilir. Əgər bu onun hakimiyyətinə xidmət edirsə o, ekoloji faciə olaraq dünyaya səs sala bilər. Əks halda, onun ölkənin qızıl yataqlarının istismarına maniə yaradarsa vətəndaşını zopa ilə əzəcək qədər güc nümayiş etdirəcək. Necə ki, ötən gün bunu Gədəbəydə əliyalın vərəndaşlara qarşı sərgilədi.
Hakimiyyətin xalqa qarşı polis vəhşiliyi heç bir halda qəbul edilən deyil və biz bütün bu özbaşnalıqları qınayırıq. Rejimdən quldarlıq mühiti yaratdığı Azərbaycan xalqı ilə bu tip davranışlarına dərhal son verməyi ondan tələb edirik.

Müsəlman Birliyi Hərəkatı.