Dünyasını dəyişdiyi gündən məzarı Əhli-beyt (ə) aşiqlərinin ziyarət məkanına çevrilən ilahiyyatçı Hacı Şahin Həsənlinin belə böyük sevgi və coşqusu bir çoxlarında narahatlıq və qıcıq yaradıb. Xüsusi olaraq Əhli-beyt (ə) məktəbinə qarşı mübarizə aparan qüvvələrin pak insanlara sonsuz sevgi nümayişi onların həzm edə bilmədikləri həqiqətləridir. Elə buna görədir ki, ara-sıra mətbuatda yer alan belə təfəkkürlərdən doğan cılız mülahizələr göstərir ki, Hacı Şahin varlığı, bu millətin İslam dini və onun müqəddəslərinə düşmən mövqeyində olan belə xəstə vucudları daha da odlandırır. Bu dəyərlərə qlobal nifrət isə hakimiyyətin Əhli-beyt (ə) sevgisi, xüsusi olaraq Aşura eşqini həzm edə bilməyən qara düüşüncəsi ilə bu yolda bütün imkanlarını səfərbər edərək ona qadağa qoymağa davamlıdir. Elə mətbuatda da yazıları dərc olub bu məktəbə ağız büzənlər, hakimiyyətin sifarişi ilə öz iyrənc xislətlərini nümayiş etdirən xəstə düşüncələrin təzahürüdür.
Məhərrəm ayının gəlişi ilə Hacı Şahin ziyarətçilərinin daha böyük sevgi ilə məzarı ətrafına toplanıb Hüseyn (ə) matəmini bu pak məkanda yaşamaları hakimiyyətin bu istiqamətdə növbəti addım atmasına gətirib çıxarıb. Ötən gündən məzarın önünə polis postu qoyuaraq ziyarətə gələn bütün Hacı Şahin sevənlər ərazidən uzaqlaşdırılıb. Heç bir xüsusi səbəb olmadan polis postunun qoyulması, xüsusi olaraq məzar üzərində Azərbaycan bayrağı ilə yanaşı yellənən İmam Hüseynın (ə) matəm bayrağının çıxarılması mövcud hadisənin hansı əsaslar üzərindən icra olunmasına bariz nümunədir.
Hacı Şahinin məzarına ziyarət qadağası- məzar üzərindən İmam Hüseyn (ə) bayrağı çıxarılıb